Yazını böyüt
Yazını kiçilt
Bu ilin yanvar-iyun aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 46 min 985 vahid və ya 2,33 faiz artaraq 2,056 milyon vahid təşkil edib.
Bu barədə hafta.az-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 7 min 376, fiziki şəxslər üzrə 32 min 858, torpaq mülkiyyətçiləri üzrə isə 6 min 751 vahid artıb.